Putin Trampa məktub göndərdi: `Onun ideyaları düzgündür`

Putin Trampa məktub göndərdi: `Onun ideyaları düzgündür`
  24 Dekabr 2016    Oxunub:2420
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən məktub aldığını deyib.
“RİA Novosti” xəbər verir ki, Trampın qərargahından verilən məlumata əsasən, məktub dekabrın 15-də qəbul edilib. Putin məktubunda ümidvar olduğunu qeyd edib ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərin bərpası üçün konstruktiv addımlar atacaq və beynəlxalq müstəvidə əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaqlar.

“Vladimir Putindən çox xoş məktub idi, onun ideyaları çox düzgündür. Ümid edirəm ki, hər iki tərəf bu ideyalara sadiq qala biləcək və biz alternativ yolla getməli olmayacağıq”, - Tramp deyib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məktubun göndərildiyini təsdiq edib və əlavə edib ki, Putin məktubda ABŞ-ın seçilmiş prezidentini Milad və Yeni il bayramları münasibətilə təbrik edib.

AzVision.az


Teqlər:





Xəbər lenti