Türkiyə ordusu 18 terrorçunu məhv edib

Türkiyə ordusu 18 terrorçunu məhv edib
  24 Dekabr 2016    Oxunub:1602
Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” əməliyyatı çərçivəsində terrorçulara ağır zərbə endirib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Komandanlığı məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən hava əməliyyatı zamanı Suriyanın Əl- Bab bölgəsində İŞİD terror qruplaşmasının qərargahı məhv edilib.

Nəticədə 18 terrorçu zərərsizləşdirilib.

Qeyd edilən hava əməliyyatından sonra İŞİD üzvlərinin böyük itki verməsi, çox sayda ölü və yaralının olması terrorçuların özləri tərəfindən də aralarındakı rabitə bağlantısı zamanı etiraf edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti