Ərdoğan Putinlə səfirin qətlini müzakirə edib

Ərdoğan Putinlə səfirin qətlini müzakirə edib
  24 Dekabr 2016    Oxunub:1483
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya problemi və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində dünyasını dəyişməsini müzakirə ediblər.

Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində həyata keçirilməsindən məmnunluq duyduqlarını dilə gətirən Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin atəşkəsin bütün Suriya ərazisini əhatə etməsi məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.

Prezidentlər A.Karlovun sui-qəsdinin işıqlandırılması üzrə istintaqda birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti