Qızına 74 milyona toy edən eks-nazirin başı dərddə

Qızına 74 milyona toy edən eks-nazirin başı dərddə
  24 Dekabr 2016    Oxunub:11789
Hindistanın Maliyyə Nazirliyi Banqalor şəhərində ötən ay qızına 74 milyon dollarlıq toy edən iş adamı Qali Canardhana Reddi haqqında araşdırma başladıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, vergi müfəttişləri Karnataka əyalətinin sabiq turizm naziri olan Reddinin Banqalor şəhərindən 300 kilometr aralıda yerləşən Bellari mədənçilik şirkətinə basqın edib. Polis Reddinin evlərində axtarış aparıb. Eyni zamanda ondan toya çəkilən xərclər barədə sənəd tələb olunub.

O, toy xərclərinin qarşılanması üçün Banqalor və Sinqapurdakı evlərini zamin qoyaraq kredit aldığını və bütün ödənişlərin 6 ay öncədən edildiyini bildirib.

Qeyd edək ki, 5 gün davam edən toy mərasiminə 50 min insan dəvət olunub. Hər bir dəvətli üçün qızılla örtülü dəvətnamə hazırlanıb. Həmçinin mərasimə Braziliyadan samba rəqqasları da gətirilib.

Xatırladaq ki, korrupsiya ittihamları ilə əlaqədar 3 il həbs həyatı yaşayan Reddi cəzası sübuta yetirilmədiyindən ötən il sərbəst buraxılmışdı.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti