Bekhem gününə 87 min dollar qazanır

Bekhem gününə 87 min dollar qazanır
  24 Dekabr 2016    Oxunub:3186
İngiltərə millisinin sabiq ulduz futbolçusu Devid Bekhem gündəlik qazancı ilə mətbuatın diqqətini çəkib.
2013-cü ildə futbolla vidalaşan Bekhem hazırda peşəkar biznes sahəsində fəaliyyətini davam etdirir. O, bir çox brendə geyim dizaynları verir.

Həmçinin reklamlarda model kimi çəkilən futbolçunun gündəlik qazancının 71 min funt sterlinq (təxminən 87 min ABŞ dolları) olduğu açıqlanıb.

41 yaşlı Bekhemin yeni şirkəti olan “Seven Global LLP” 7 ay ərzində 8.6 milyon funt sterlinq (təxminən 10 milyon 600 min dollar) gəlir əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti