Pan Gi Mun rüşvət almaqda ittiham edilir

  24 Dekabr 2016    Oxunub : 1337
Pan Gi Mun rüşvət almaqda ittiham edilir
BMT-nin baş katibi Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir.

AzVision.az xəbər verir ki, Koreyanın “Sisa Journal” nəşrinin məlumatına əsasən, Pan Gi Mun 2005-ci ildə Vyetnam XİN rəhbərinin şərəfinə təşkil edilmiş ziyafət zamanı 200 min dollar rüşvət alıb.

Həmin vaxt Koreyanın xarici işlər və xarici ticarət naziri vəzifəsində çalışmış Pan Gi Mun Vyetnamdan gəlmiş nümayəndə heyətini qəbul edib. Onların arasında nüfuzlu biznesmen, "Taekwang" şirkətinin rəhbəri Pak En Ça da olub.

Məlumata görə, Pak En Ça rəsmi qəbuldan bir saat əvvəl XİN-in iqamətgahına gedərək Pan Gi Muna 200 min dollar məbləğində rüşvət verib.

BMT-nin baş katibi ittihamları qəti şəkildə rədd edib. O, Pak En Çanı tanımadığını deyib.

AzVision.az

Teqlər: