`Karlovun qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb` - Nazir

`Karlovun qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb` - Nazir
  25 Dekabr 2016    Oxunub:4974
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi terrorçunun şəxsi təşəbbüsü deyil, planlaşdırılmış hücumdur.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib.

Nazir terrorçunun həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda əlaqələrini müəyyənləşdirməyə çalışdıqlarını bildirib.

Süleyman Soylunun sözlərinə görə, Andrey Karlova sui-qəsd işi üzrə istintaq terror aktının çox mühüm təfərrüatlarını üzə çıxarıb. Lakin hazırkı mərhələdə istintaq maraqları nəzərə alınaraq, təhqiqatın detallarını açıqlamaq məqsədəuyğun deyil. Hadisə ilə bağlı istintaq Rusiyadan olan ekspertlərlə sıx əlaqəli şəkildə davam etdirilir.

Nazir əlavə edib ki, PKK terrorçuları, Fətullah Gülən hərəkatı və İŞİD böyük bir oyunun yalnız alətləridir. Rusiya səfirinə sui-qəsd Yaxın Şərqdə sülh cəhdlərinin qarşısını kəsməyə cəhd göstərən qüvvələrin fəaliyyətinin nəticəsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti