Rusiyada təyyarə faciəsi - 12 nəfərin cəsədi tapılıb (YENİLƏNİB)

Rusiyada təyyarə faciəsi - 12 nəfərin cəsədi tapılıb (YENİLƏNİB)
  25 Dekabr 2016    Oxunub:33036
Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 5 sərnişininin meyiti aşkar edilib və beləliklə, cəsədi tapılanların ümumi sayı 12 nəfərə çatıb.

Bu barədə öz mənbəsinə istinadən RİA Novosti məlumat yayıb. "Daha 5 nəfərin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb. Axtarış işləri davam etdirilir", - deyə mənbə bildirib.

***
(16:46)

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevə Soçidə "Tu-154" təyyarənin qəzaya uğramasının araşdırılması üzrə dövlət komissiyasına formalaşdırmaq və rəhbərlik etmək tapşırıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində ölən 10 nəfərin cəsədi aşkar edilib.

Hazırda axtarışlar davam etdirilir.

***
(14: 27)

Rusiyanın "Tu-154" təyyarəsinin Soçi şəhərinin Qara dəniz sahillərində qəzaya uğraması nəticəsində həlak olanlardan 7 nəfərin meyiti aşkar edilib.

Bu barədə güc strukturlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

***

Rusiya Müdafiə Nazirliyinin qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 sərnişin olub.

Müdafiə Nazirliyi təyyarədə olan sərnişinlərin adlarını öz saytında yerləşdirib.

***

Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər tərəfindən 5 nəfərin meyiti aşkarlanıb.

"RİA Novosti" xəbər verir ki, axtarışlar davam edir.

***
(11:37)

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində 84 sərnişin və 8 ekipaj üzvü olub.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həlak olanlardan birinin cəsədi tapılıb.

Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açıb.

***
(10:38)

Rusiyada radarlardan itən “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkar edilib.

Məlumata görə, Qara dənizdə sahildən 6 kilometrlik məsafədə “Tu-154” təyyarəsinin təkər hissəsi və yağ ləkələri tapılıb.

Təyyarədəki jurnalistlərin Rusiyanın Birinci Kanalının və “Zvezda” telekanalının əməkdaşları olduqları bildirilir.

***

(10:01)

Rusiyanın Müdafiə Nazirliyinə məxsus təyyarə Krasnodar vilayətində qəzaya uğrayıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, “Tu-154” təyyarəsi Qara dənizdə düşüb. Qəza zamanı ölən və sağ qalanlala bağlı əlavə məlumat verilməyib.

Qeyd edilib ki, təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub. Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.

***
(09:33)

Son məlumatlara görə, "Tu-154" təyyarəsində 91 nəfər olub. Bunlardan 83 nəfər sərnişin, 8 nəfər isə ekipaj üzvüdür.

Hərbi təyyarənin Krasnodarda qəzaya uğradığı deyilir. Hələlik bu məlumatlar rəsmi şəkildə təsdiqini tapmayıb.



***
(09:08)

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, göyərtəsində təxminən 100 nəfərin olduğu bildirilir. Təyyarə Soçidən Latakiyaya uçurmuş.

Regionun fövqəladə hallar xidmətindəki mənbədən verilən məlumata görə, təyyarədə Aleksandrov adına ansamblın musiqiçiləri və KİV nümayəndələri də olub.

Hələlik bu informasiya rəsmən təsdiqlənməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti