Tramp BMT-nin İsraillə bağlı qərarını qınadı

Tramp BMT-nin İsraillə bağlı qərarını qınadı
  25 Dekabr 2016    Oxunub:1875
ABŞ-ın yeni seçilmi>ş prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.

Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” - Tramp “Twitter” səhifəsində belə yazıb.

“Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, - deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti