Netanyahu Ukrayna baş nazirinin səfərini ləğv etdi

Netanyahu Ukrayna baş nazirinin səfərini ləğv etdi
  25 Dekabr 2016    Oxunub:2783
İsrailin baş naziri Benyamin Netanyahu Ukraynanın baş naziri Vladimir Qroysmanın gələn həftə Tel-Əvivə planlaşdırılmış səfərini ləğv edib.

AzVision.az xəbər verir ki, bu barədə "Haaretz" məlumat yayıb.

Səfərin ləğvinə səbəb Ukraynanın BMT TŞ-nin İsrailin məskunlaşma proqramına qadağa qoyan qətnaməsini dəstəkləməsi olub.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti