Qəzaya düşən `Tu-154`lə bağlı yeni faktlar açıqlandı

Qəzaya düşən `Tu-154`lə bağlı yeni faktlar açıqlandı
  25 Dekabr 2016    Oxunub:17204
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Vladimir Putin, həmçinin “Tu-154” təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə əlaqədar Baş nazir Dmitri Medvedevin başçılığı ilə dövlət komissiyasının təşkil olunması barədə tapşırıq verib.

Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergey Kalaşnikov jurnalistlərə deyib ki, qəzaya uğramış təyyarə 33 ildir istismardadır. Lakin təyyarənin texniki nasazlığı onun uzunmüddətli istismarı ilə əlaqədar deyil.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, qəzaya uğramış “Tu-154” təyyarəsi 1983-cü ildə istehsal olunub, ümumilikdə 6689 saat uçub. Sonuncu dəfə 2014-cü ildə təmir edilib, bu ilin sentyabrında planda nəzərdə tutulmuş yoxlamadan keçib. Rusiyanın federal telekanalları hadisə ilə bağlı proqramlarında dəyişiklik edərək əyləncəli proqramları efirdən çıxarıblar.

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı əraziyə bbu ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və dərin sularda axtarış aparılması sahəsində təlim keçmiş dalğıcları yola düşüblər.

FHN-in məlumatına görə, mütəxəssislər dərin sularda işləmək üçün avadanlıq, səyyar barokameralar və suyun altında idarə olunan “Falkon” aparatları ilə təchiz olunublar. Eyni zamanda, qəza yerində altı gəmi işləyir. Xilasetmə işlərinə daha üç gəminin cəlb ediləcəyi gözlənilir. Hazırda qəzada həlak olanların dördünün meyiti tapılıb.

AzVision.az-ın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi Qara dənizin Soçi şəhəri sahillərində qəzaya uğrayan "Tu-154" təyyarəsinin göyərtəsində olan sərnişinlərin siyahısını dərc edib. Təyyarədə ümumilkdə 92 nəfər olub. Onlardan 8 nəfəri heyət üzvü, digər 84 nəfəri sərnişin, eləcə də, 9 nəfəri jurnalist, 64 nəfəri isə "Aleksandrov adına Ansambl"ın artisti olub.

Artist və jurnalistləri Müdafiə Nazirliyinin İnformasiya və Kütlvi Kommunikasiya Deprtamentinin nümayəndəsi kapitn Sergey Abrosimov müşayiət edib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti