Rusiyada matəm elan olundu

Rusiyada matəm elan olundu
  25 Dekabr 2016    Oxunub:5054
Rusiyada təyyarə faciəsi ilə əlaqədar sabah matəm elan edilib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Rossiya 24” kanalına müsahibəsində Putin qəzanın ətraflı araşdırılacağını və hadisə nəticəsində ölənlərin ailələrinə yardım ediləcəyini deyib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. İndiyədək qəzada ölən 7 nəfərin cəsədi aşkar edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti