`Tu-154`-ün axtarışına 1300 hərbçi cəlb olunub

`Tu-154`-ün axtarışına 1300 hərbçi cəlb olunub
  26 Dekabr 2016    Oxunub:2059
Rusiyada qəzaya uğrayan “Tu-154” təyyarəsi ilə əlaqədar axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub.

TASS xəbər verir ki, Qara dənizdə axtarışlar 32 gəmi, 80 dalğıc və beş helikopter tərəfindən aparılır.

Bundan başqa, axtarışa uçuş aparatlarından və uzaqdan idarəolunan sualtı cihazlardan da istifadə edilir. Təyyarədəki sərnişinlərdən indiyədək on nəfərin cəsədi tapılıb.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov sərnişinlərin sağ qalması ilə bağlı hələ heç bir informasiyanın olmadığını bildirib.

Dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti