`Tu-154` təyyarəsinin batdığı yer müəyyənləşib

`Tu-154` təyyarəsinin batdığı yer müəyyənləşib
  26 Dekabr 2016    Oxunub:2437
Bu gün səhər Qara dənizdə batan "Tu-154" təyyarəsinin düşdüyü yer dəqiqləşib.
Bu haqda "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Müəyyən edilmiş ərazidə hidrolokatorlarla təchiz olunan gəmilər vasitəsilə axtarışlar aparılır.

Axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub. Ümumiyyətlə Qara dənizdə axtarışlar 32 gəmi, 80 dalğıc və beş helikopter tərəfindən aparılır. Bundan başqa, axtarış işlərində pilotsuz uçuş aparatlarından və uzaqdan idarəolunan sualtı cihazlardan da istifadə edilir.

Təyyarədəki sərnişinlərdən indiyədək 12 nəfərin cəsədi tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti