Lukaşenko Rusiya səfərindən imtina etdi

Lukaşenko Rusiya səfərindən imtina etdi
  26 Dekabr 2016    Oxunub:2682
Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi ittifaqı Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Lukaşenkonun səfəri təxirə salmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ötən həftə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində Putin və Lukaşenkonun görüşü barədə sualı cavablandırmaqdan imtina etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti