Rusiyadakı təyyarə qəzası terrordur? - Son məlumatlar

Rusiyadakı təyyarə qəzası terrordur? - Son məlumatlar
  26 Dekabr 2016    Oxunub:4049
Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin Soçidə qəzaya uğraması ilə əlaqədar axtarış əməliyyatlarının əhatəsi genişləndirilib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya FHN-nin Cənub Regional Mərkəzi məlumat yayıb.

“Axtarış əməliyyatları davam edir, axtarış zonası genişləndirəcək”, - deyə agentliyin rəsmisi bildirib.

Sərnişinlərin axtarışına əlavə 3500 hərbçi və 200 texnika cəlb olunub. Ümumiyyətlə, təyyarənin qəzaya uğradığı əraziyə 39 dəniz və 32 hava pilotsuz uçan aparat cəlb olunub.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bəyan edib ki, terror aktı “Tu-154” tipli təyyarənin qəza uğramasında əsas səbəblərdən biri kimi nəzərdə tutulub. Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasının səbəbləri kimi texniki nasazlıq və ya pilotların idarəetməni itirməsi göstərilir.

Artıq qəzada ölən şəxslərin meyitləri təyyarə ilə Moskvaya gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti