Rusiyanın `uçan tabut`u - `Tu-154` faciələri

Rusiyanın `uçan tabut`u - `Tu-154` faciələri
  26 Dekabr 2016    Oxunub:3467
Ötən gün Rusiyanın Suriyaya uçan “Tu-154” təyyarəsi Qara dənizdə qəzaya düşüb. Nəticədə 92 nəfər faciənin qurbanı olub.
AzVision.az xəbər verir ki, dənizə düşən “Tupolev-154” təyyarəsi 1983-ci ildə istehsal edilib. Təyyarə sonuncu dəfə 2014-ci ilin dekabr ayında təmir edilib. Bu ilin sentyabr ayında isə yoxlamalardan keçirilib. Təyyarənin ümumi uçuş müddəti təxminən 7 min saatdır.



Bu təyyarələr 1972-ci ildən xidmət üçün istifadəyə verilib. Üzərindən 14 il keçdikdən sonra modernləşdirilib. Təyyarələrin 39-u qəzaya düşüb. Bu səbəbdən “Tu-154” təyyarələrinə “uçan tabut” deyilir.

1026 ədəd istehsal olunan “Tu-154”lərin istehsalı 2013-ci ildə dayandırlıb. Rusiyanın “Aeroflot” aviaşirkəti “Tu-154” donanmasını 2009-cu ilin sonunda təqaüdə göndərib.

Hazırda dünyada təxminən 50 “Tu-154” sərnişin təyyarəsi mövcuddur.



Qara dəniz üzərində 15 il bundan öncə “Sibir Hava Yolları”na aid “Tu-154” tipli təyyarə qəzaya düşüb. Nəticədə 78 nəfər həyatını itirib. İsraildən Rusiyanın Novosibirsk şəhərinə gedən təyyarənin sərnişinlərinin mühüm bir qismi İsrail vətəndaşları olub. Ukrayna hadisə ilə əlaqəsi olmadığını açıqlamışdı. Lakin daha sonra rəsmilər təyyarənin təlim zamanı təsadüfən vurulmuş ola biləcəyini söyləmişdi.

2010-cu ilin 10 aprel tarixində Rusiyanın qərbindəki Smolenks şəhərində növbəti “Tu-154” qəzaya düşüb. Qəzada Polşa prezidenti Lex Kaçinski olmaqla 96 şəxs həyatını itirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti