`Tu-154`-ün düşdüyü dəqiq yer müəyyənləşib

`Tu-154`-ün düşdüyü dəqiq yer müəyyənləşib
  26 Dekabr 2016    Oxunub:1573
Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dəniz akvatoriyasında su səthinə dəydiyi təxmini yer müəyyən edilib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, həmin yer Qara dəniz akvatoriyasında uçuş zolağından altı kilometr məsafədə yerləşir və xeyli dərindir.

Qeyd olunub ki, füzelyajın böyük parçaları orada ola bilər.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti