Qəzaya uğrayan `Tu-154`ün gövdəsi tapıldı

Qəzaya uğrayan `Tu-154`ün gövdəsi tapıldı
  26 Dekabr 2016    Oxunub:2409
Rusiyada dalğıclar tərəfindən Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin füzelajı (gövdə) aşkar edilib.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, təyyarənin gövdəsi sahildən 1,7 km aralıda 27 metr dərinlikdə aşkarlanıb. O, güclü şəkildə zədələnib.

Hazırda təyyarənin sudan çıxarılması üçün iş aparılır.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti