İbrahimbəyov azərbaycanlılara “küt xalq” dedi

İbrahimbəyov azərbaycanlılara “küt xalq” dedi
  19 Avqust 2013    Oxunub:1474
Azərbaycan müxalifətinin lideri (bu söz birləşməsinə alışmağın özü çox çətindir!) Avropaya səfəri zamanı Azərbaycan KQB-sinin sabiq şefi Vaqif Hüseynovla görüşüb. Vaqif Hüseynov hazırda İspaniyadakı şəxsi malikanəsində yaşayır.
Virtualaz.org-un əldə etdiyi xəbərə görə, bu, onların növbəti görüşüdür, onların arasında əvvəllər də belə görüş olub. R.İbrahimbəyov V.Hüseynovla növbəti görüşündə onunla Azərbaycandakı siyasi vəziyyətlə bağlı müzakirələr aparıb.

R.İbrahimbəyov İspaniyadakı bu görüş barədə öz yaxın ətrafındakı adamlara danışıb. Prezident seçkiləri kampaniyasında məruz qaldığı uğursuzluqdan dilxor olan R.İbrahimbəyov V.Hüseynovla söhbəti zamanı azərbaycanlıların qeyri-passionarlığından və siyasətə, siyasi proseslərə biganəliyindən şikayətlənib.

“Mən ona belə də dedim. Dedim ki, Vaqif Əliyeviç, azərbaycanlılar küt xalqdır. Onlarla heç bir iş görmək olmaz” - deyə R.İbrahimbəyovun yaxın ətrafına daxil olan şəxslərdən biri virtualaz.org-un əməkdaşına bildirib.

Məlumatı bizə verən qaynağın sözlərinə görə, R.İbrahimbəyov müxalifətin avqustun 18-də Bakıda keçirdiyi mitinqdə müxalif qüvvələrin tərəfdarlarının passivliyindən də bərk təəccüblənib. Onu ən çox heyrətləndirən məsələ isə AXCP sədri Əli Kərimlinin aksiyadakı çıxışı zamanı müsavatçıların çoxunun meydanı tərk etməyə başlaması olub. O, bunu müxalifət daxilində intriqa və gərginliyin olmasının sübutu kimi qəbul edib.

Bütövlükdə isə mənbəmizin sözlərinə görə, R.İbrahimbəyov siyasi iflasa uğraması ilə artıq daxilən barışıb. “Belə acınacaqlı vəziyyətə düşüb iflasa uğramasından sonra o, çətin ki, bir də böyük siyasətə qayıtmaq barədə düşünsün” - deyə kinorejissorun yaxın ətrafındakı mənbə bildirib.


Teqlər:  





Xəbər lenti