`Tu-154`ün komandirinin meyiti tapılıb - Yenilənib

`Tu-154`ün komandirinin meyiti tapılıb - Yenilənib
  27 Dekabr 2016    Oxunub:3774
Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.

Bu barədə RIA Novosti məlumat verir. “Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə məlumatda bildirilir.

***

Dekabrın 25-də Qara dənizdə Rusiyaya məxsus "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdən iki nəfərin meyiti tapılıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, meyitlər Moskvada genetik ekspertizadan keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb.

Təyyarənin "qara qutusu" isə hələ tapılmayıb.

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti