Bir həftədə iki böyük faciə - Rusiyada nə baş verir?

Bir həftədə iki böyük faciə - Rusiyada nə baş verir?
  27 Dekabr 2016    Oxunub:3905
Rusiya səfir Andrey Karlovun Ankarada qətlə yetirilməsindən sonra daha böyük faciə yaşadı. Bu ölkənin Suriyaya uçan, göyərtəsində 92 nəfərin olduğu “Tu-154” təyyarəsinin Qara dənizə düşməsi Rusiyada ilin ən böyük faciəsidir. İndiyədək cəmi 13 nəfərin meyiti tapılıb. Yerdə qalan sərnişin və ekipaj üzvündən xəbər yoxdur. Çox güman ki, onların hamısı həlak olub.

Axtarışların davam etdiyi məqamda təyyarə qəzası ilə bağlı müxtəlif versiyalar irəli sürülməkdədir. Baxmayaraq ki, Rusiya FTX ilkin açıqlamasında qəzanın terror olmadığını bəyan edib. Hadisənin əsl səbəbi araşdırmalar tam başa çatdıqdan sonra məlum olacaq.

Nədənsə, Suriyada əməliyyatlara başladıqdan sonra “Tu-154” faciəsi Karlovun qətlindən 6 gün sonra baş verdi. Bu təsadüf ola bilərmi?

Politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, baş verənlər hadisələri təsadüf kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, Rusiya son zamanlar böyük problemlərlə üzləşib:

“Rusiyaya qarşı terror aktlarının sayı artıb. Türkiyədəki səfir Andrey Karlovun öldürülməsi kifayətdir ki, bu teror aktlarının hansı səviyyədə olmasını təsəvvür edək. Suriyaya uçan “Tu-154” təyyarəsinin Qara dənizdə qəzaya düşməsi ilə bağlı məsələyə gəlincə, istintaqın nəticələrini gözləməyə ehtiyac var. Terrorla bağlı konkret ehtimal irəli sürmək hələlik tezdir. Hesab edirəm ki, burada terror aktı heç də istisna olunmur”.

Politoloqun fikrincə, baş verən hadisələr bilavasitə Rusiyanın Suriya siyasəti ilə bağlıdır: “Rusiya Suriyada genişmiqyaslı əməliyyatlar aparır. Burada həm İŞİD, həm də kürd dəsətləri var. Kürd dəstlələrinin Rusiya ilə münasibələri pis deyil. Amma, bombalar hamını öldürür və Əsədə qarşı çıxış edən müxalif qruplar Rusiyaya düşmən mövqedə dayanıb. Belə bir şəraitdə Rusiyanın düşmən dairəsi genişlənir. Ona görə də belə hadisələrin tez-tez baş verməsi heç də təsadüf deyil”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti