Moskvada naməlum şəxs 3 polisi yaralayıb

Moskvada naməlum şəxs 3 polisi yaralayıb
  27 Dekabr 2016    Oxunub:1343
Moskvanın qərbində oğurluqda şübhəli bilinən şəxs 3 polis əməkdaşını yaralayıb.
“RİA Novosti”nin məlumatına görə, polis əməkdaşları naməlum şəxsi saxlamağa çalışan zaman xəsarət alıblar.

Onlara müvafiq tibbi yardım göstərilib. Cinayətkar mənzillərin birində gizlənib.

Onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti