ABŞ-da Milad faciəsi: 12 ölü

ABŞ-da Milad faciəsi: 12 ölü
  27 Dekabr 2016    Oxunub:3279
ABŞ-ın Çikaqo şəhərində Milad günlərində odlu silahın tətbiqi ilə bağlı 27 hadisə qeydə alınıb.
AzVision.az "CNN"-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Agentlik yazır ki, yanvarın 1-dən dekabrın 25-dək Çikaqoda ümumilikdə 3,5 min silahlı insident baş verib. Nəticədə 753 nəfər ölüb. Bu, 2015-ci illə müqayisədə yarım dəfə çoxdur. Baş verənlərin böyük əksəriyyətinin planlaşdırılmış kriminal çəkişmələr olduğu bildirilir.

Qeyd edək ki, Çikaqo əhalisinin sayına görə ABŞ-ın 3-cü böyük şəhəridir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti