Karlovun qətli ilə bağlı jurnalistlərə qadağa qoyuldu

Karlovun qətli ilə bağlı jurnalistlərə qadağa qoyuldu
  27 Dekabr 2016    Oxunub:2002
Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq məlumatlarını işıqlandırmağı qadağan edib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qadağa cinayətdə şübhəli bilinən və əli olanlar, həmçinin hücum anını əks etdirən şəkillərə də şamil edilib.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti