Türkiyəli aktyor infarkt keçirib

Türkiyəli aktyor infarkt keçirib
  27 Dekabr 2016    Oxunub:2762
Türkiyənin məşhur aktyoru Çağlar Çorum infarkt keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reklam çəkilişləri zamanı belində ağrı olduğunu və özünü pis hiss etdiyini söyləyən Çorum üçün təcili tibbi yardım maşını çağırılıb.

Hadisə yerinə gələn həkimlər Çorumlunun infarkt keçirdiyini bildirİblər. Aktyor dərhal xəstəxanaya aparılaraq əməliyyat edilib. Əməliyyatda aktyorun ürək damarlarına üç stent taxılıb.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti