Liberman yəhudiləri Fransanı tərk etməyə çağırdı

Liberman yəhudiləri Fransanı tərk etməyə çağırdı
  27 Dekabr 2016    Oxunub:3126
İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudilərə bu ölkəni tərk etmək barədə çağırış edib.

AzVision.az “The Jerusalem Post”-a istinadən xəbər verir ki, o, öz bəyanatını Parisdə keçiriləcək “Yaxın Şərq Sülh konfransı”nın fonunda deyib: “Fransada yaşayan yəhudilərə deməyin vaxtıdır: Bura sizin ölkə, sizin torpaq deyil. Getmək vaxtıdır”.

Liberman bu konfransı “İsrail əleyhinə tribunal” adlandırıb: “Bu, ölkəmizin təmiz adına ziyan vuracaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti