Moskvada 5 nəfəri yaralayan şəxs intihar edib

Moskvada 5 nəfəri yaralayan şəxs intihar edib
  27 Dekabr 2016    Oxunub:1498
Rusiya paytaxtı Moskvanın qərbində ov tüfəngi ilə 5 nəfəri yaralayan kişi daha sonra intihar edib.
AzVision.az bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə şöbəsi məlumat yayıb.

Məlumata əsasən, həmin şəxs 5 nəfəri yaralayandan sonra qonşuluqda yaşayan qadının mənzilində gizlənib və ev sahibini girov götürüb.

Silahlı şəxs daha sonra intihar edib və qadın girovluqdan azad olunub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti