Sarkisyan 18 min Suriya ermənisinə vətəndaşlıq verib

Sarkisyan 18 min Suriya ermənisinə vətəndaşlıq verib
  27 Dekabr 2016    Oxunub:3492
Bu il Ermənistana daha 516 Suriya ermənisi gəlib. Ümumilikdə isə hazırda Ermənistanda 22 min Suriya ermənisi yaşayır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu diaspora naziri Hranuş Akopyan bildirib.

Onun sözlərinə görə, yalnız dekabr ayında Ermənistana 24, ötən ay isə 50 Suriya ermənisi gəlib.

“Bu il 18 min Suriya ermənisinə Ermənistan vətəndaşlığı, 1800 yaşayış hüququ, 300 suriyalıya isə qaçqın statusu verilib. Hazırda Ermənistanda 22 min Suriya vətəndaşı yaşayır”, - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti