Paksitanda araqdan ölənlərin sayı 32-yə çatıb

Paksitanda araqdan ölənlərin sayı 32-yə çatıb
  27 Dekabr 2016    Oxunub:1616
Pakistanda keyfiyyətsiz spirtli içkidən ölənlərin 32 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən ikisi müsəlmandır.

Daha 60 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, içkilərə metanol əlavə edilib.

***

Pakistanın Pəncab əyalətinin Toba-Tek-Sinqx dairəsində ən azı 23 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.

AzVision.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Geo TV” telekanalı məlumat yayıb.

Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 16 nəfər xəstəxanaya yerləşdirilib və onlar hazırda müalicə olunur.

Ölənlər Yeni il bayramını qeyd edirmişlər.

Qeyd edək ki, Pakistanda alkoqollu içkilərin satışı qadağandır. Spirtli içkiləri yalnız qeyri-müsəlmanlar ala bilərlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti