Ronaldo Avropada ilin idmançısı oldu

Ronaldo Avropada ilin idmançısı oldu
  27 Dekabr 2016    Oxunub:1820
“Real”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2016-cı il üçün Avropanın ən yaxşı idmançısı seçilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Ronaldo Avropanın 27 xəbər agentliyi arasında keçirilən sorğunun nəticələrinə əsasən ən yaxşı futbolçudur.

İlk üçlüyə britaniyalı tennisçi Endi Marrey və Rio-2016 Yay Olimpiya Oyunlarında üç qızıl medal qazanan macar üzgüçü Katinka Hossu daxil olub.

Qeyd edək ki, Kriştiano Ronaldo bundan əlavə 2016-cı ilin ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti