105 milyonluq sərvət kimə qalacaq?

105 milyonluq sərvət kimə qalacaq?
  28 Dekabr 2016    Oxunub:3884
Məşhur britaniyalı müğənni Corc Mayklın ötən gün qəfil ölümündən sonra onun mirasının kimə qalacağı haqda müxtəlif məlumatlar yayılır.

53 yaşında vəfat edən edən əfsanəvi müğənninin 105 milyon funt sterlinq dəyərində sərvətinin olduğu bildirilir.

AzVision.az xəbər verir ki, “The Sun” qəzetinin yaydığı məlumata görə, Corc Mayklın sərvəti onun mənəvi atalıq etdiyi şəxslər arasında bölünəcək.

Ölümündən sonra varisi qalmayan müğənninin sərvəti uğrunda müxtəlif spekulyasiyalar ortaya atılıb. Hələlik sərvətin kimə qalacağı haqda rəsmi açıqlama verilməyib.

Digər bir məlumata görə, 105 milyonluq sərvət onun qohumları arasında bölünə bilər. Onun sevgilisi Fadi Favazın da sərvətdən pay alacağı yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, Corc Mayklın evində dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

İkiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.

Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə "Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu albomu ("Symphonica") 2014-ci ildə çıxıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti