Prezident müsəlman qadını baş nazir olmağa qoymadı

Prezident müsəlman qadını baş nazir olmağa qoymadı
  28 Dekabr 2016    Oxunub:2541
Rumıniyada keçirilən parlament seçkilərindən təxminən iki həftə sonra ölkədə yeni siyasi böhran yaşanır.
Rumıniya prezidenti Klaus İohannis ölkənin baş naziri vəzifəsinə irəli sürülən Regional İnkişaf və Dövlət İdarəçiliyi Nazirliyinin dövlət katibi Sevil Şaydexin namizədliyini rədd edib.

AzVision.az “Deutsche Welle”-ə istinadən xəbər verir ki, prezident Buxarestdə verdiyi bəyanatda bildirib: “Təklifə diqqətlə baxdım və qəbul etməmək qərarına gəldim”.

İohannis Sosial Demokrat Partiyası (SDP), Liberallar və Demokratlar Alyansının (LDA) daxil olduğu parlament çoxluğu koalisiyasına müraciət edərək baş nazir üçün yeni namizəd təklif etmələrini istəyib.

Qeyd edək ki, 52 yaşlı tatar mənşəli, müsəlman S.Şaydex 2015-ci ildə SDP-nin hazırkı lideri Liviu Draqnya seçkilərdə yol verilən fırıldaqçılıq ittihamı ilə məhkəmənin hökmünə əsasən istefa verdikdən sonra 6 ay müddətinə nazirliyə rəhbərlik edib. O, Rumıniyada 1989-cu ildən bəri “Quran”a əl basaraq and içən ilk müsəlman nazir olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti