92 nəfərdən 15-nin meyiti tapılıb

92 nəfərdən 15-nin meyiti tapılıb
  28 Dekabr 2016    Oxunub:1399
Rusiyada xilasedicilər Qara dənizdə "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdə daha 3 nəfərin meyitini tapıb.
AzVision.az “RİA Novosti”-yə istinadən məlumat verir ki, tapılan meyitlərin sayı 15-ə çatıb.

Dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti