XİN rəhbəri kürdlərə xəbərdarlıq edib

XİN rəhbəri kürdlərə xəbərdarlıq edib
  28 Dekabr 2016    Oxunub:2067
İraqda yaşayan kürdlərin İŞİD terror qruplaşması tərəfindən azad edilmiş dövlət ərazilərini zəbt etmək hüququ yoxdur.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri eyib.

Onun sözlərinə görə, əyalət sakinləri arasında fikir ayrılığı müstəqilliyə, dialoqun dağıdılması üçün əsas vermir: “Dövlət torpaqlarını zəbt etməyə heç kəsin haqqı yoxdur. Bu qaydaya İraqda yaşayan bütün xalqlar riayət etməlidir”.

Xarici siyasət idarəsinin başçısının sözlərinə görə, İraqın suverenliyinə təhdid edən problemlərin qabardılmasına ehtiyac yoxdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti