Suriyada 44 İŞİD-çi məhv edilib

Suriyada 44 İŞİD-çi məhv edilib
  28 Dekabr 2016    Oxunub:1351
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında yerləşən Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində 44 İŞİD-çi zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatlarda 117 terrorçu yaralanıb, onlara aid bir bombalı maşın məhv edilib. Toqquşmalarda 7 müxalifətçi yaralanıb.

Əməliyyatlarda İŞİD-in 154 hədəfi məhv edilib, 2 min 392 əl istehsalı partlayıcı və 42 mina zərərsizləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti