`Lapşin Azərbaycana ekstradisiya oluna bilər` - Səfir

`Lapşin Azərbaycana ekstradisiya oluna bilər` - Səfir
  28 Dekabr 2016    Oxunub:2092
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bloqqer Aleksandr Lapşinin saxlanması və ekstradisiyasına dair danışıqların getməsi ilə bağlı məsələyə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, səfir müraciət qanuni cəhətdən əsaslı olduğu halda Lapşinin Azərbaycana təhvil verilməsinin istisna olmadığını deyib.

Səfir bununla bağlı Azərbaycan tərəfinin rəsmi olaraq Belarus səfirliyinə müraciət etmədiyini bildirib. Lakin Axramoviçin sözlərinə görə, hər iki ölkənin müvafiq qurumu səfirliklərə müraciət etmədən də prosedura başlada bilərlər.

"Müraciət qanunidirsə, insan açıq-aşkar qanun pozuntusuna yol verib və onun günahı sübut olunubsa, o zaman Belarus tərəfi müraciət edənin istəyinə müsbət reaksiya verir", - deyə səfir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti