Bir qrup alpinist `İlham zirvəsi`nə yürüş edib - Fotolar

Bir qrup alpinist `İlham zirvəsi`nə yürüş edib - Fotolar
  28 Dekabr 2016    Oxunub:7225
Azerbaycanlı alpinistlər Şahdağ massivində yerləşən "İlham zirvəsi”nə (4042 m) yürüş edib
Bu barədə AzVision.az -a “Gilavar” idman klubunun üzvü Namin Bünyataov məlumat verib. O bildirib ki, komanda 4 nəfərdən ibarət olub.

“Mən, İlqar Məmmədov, Elçin Musayev və Babur Hüseynov yürüşü etdik. Qərara gəldik ki, prezidentimizin ad günü ərəfəsində “İlham zirvəsi”nə yürüş etdik. İdeyanı mən verdim, hamı razılaşdı.Bizdən qabaq orada olan dağçı dostlarımızdan marşurut haqqında kifayət qədər məlumat topladıq və yola düşdük. Və marşurutumuzu uğurla başa vurduq. Hesabımızda daha bir zirvənin artdığına çox sevindik”.

N. Bünyatov bildirib ki, onlar yürüşü dövlət başçısı İlham Əliyevin doğum gününə həsr ediblər.









Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti