Tokioda güclü zəlzələ olub

Tokioda güclü zəlzələ olub
  28 Dekabr 2016    Oxunub:1296
Yaponiyanın paytaxtı Tokioda 6,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az "RİA Novosti"yə istinadən məlumat verir ki, zəlzələnin episentri İbaraki prefekturasında olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə müəyyənləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Meteoroloqların məlumatına görə, sunami təhlükəsi yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti