Pakistanda araqdan ölənlərin sayı 44-ə çatıb

Pakistanda araqdan ölənlərin sayı 44-ə çatıb
  28 Dekabr 2016    Oxunub:1219
Pakistanın Pəncab əyalətindəki Toba-Tek-Sinqx dairəsində yaşayan xristianlar Milad bayramını qeyd edərkən spirtli içkidən ölənlərin sayı 44 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, zərər çəkənlərin sayı 100-ə yaxındır. Onların çoxu ağır vəziyyətdədir.

Bu məsələ ilə bağlı yaradılan komissiya spirtli içkinin qanuni və ya qeyri-qanuni yolla əldə edilməsi ilə bağlı bir-birinə zidd informasiya əldə edib.

Xatırladaq ki, Pakistanda spirtli içkilərin satışı qadağandır.

AzVision.az


Teqlər:





Xəbər lenti