Ermənistan qazsız qala bilər

Ermənistan qazsız qala bilər
  28 Dekabr 2016    Oxunub:2110
Gürcüstan və “Qazprom” Ermənistana tranzitin qiymətləri üzrə razılığa gələ bilməyiblər. Dekabrın 31-də qüvvədə olan sazişin müddəti bitir.
AzVision.az “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, danışıqlar davam etdiriləcək.

Qeyd edilib ki, Rusiya danışıqlarda tranzitin pulla ödənilməsində israr edir, Gürcüstan tərəfi isə ötürülən qazın 10%-ni əldə etmək niyyətindədir.

Danışıqların Vyanada baş tutacaq növbəti raundunun vaxtı hələlik müəyyənləşdirilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti