Rusiya səfirliyi atəşə tutuldu

Rusiya səfirliyi atəşə tutuldu
  29 Dekabr 2016    Oxunub:2713
Rusiyanın Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyi atəşə tutulub.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, bir mina diplomatik nümayəndəliyin inzibati binasının həyətinə düşüb. Xoşbəxtlikdən mina partlamayıb. İkinci mina isə əraziyə yaxın düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub.

Qeyd edək ki, bu, Rusiyanın Suriyadakı səfirliyinə ilk hücum deyil. Bundan öncə də anoloji hadisə baş verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti