`Elə oyun çıxarırdılar, sanki Obama 20-ci sahəyə gəlib`

`Elə oyun çıxarırdılar, sanki Obama 20-ci sahəyə gəlib`
  20 Avqust 2013    Oxunub:1288
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Milli Şuranın dünən keçirilən mitinqi ilə bağlı status yazıb.
AzVision.az həmin statusu təqdim edir:

"Dünənki mitinqdə diqqətimi ən çox çəkən məqam müxalif liderlərin dahiyanə görkəmlə iştirakçılara əl yelləməsi, bir də mühafizəçilərin Əli Kərimlini təkəm seryək adamdan inanılmaz reaksiya ilə qoruması idisə, heyrətimin “anasını ağlar qoyan” məqam ortalıqda qırğı kimi süzüb, yallı gedən gənclər oldu. Əcəb seyrəngah! Yaşadan sağ olsun. Elə oyun çıxarırdılar, sanki 10 dəqiqədən sonra Obama 20-ci sahəyə gəlib “Milli Şura”nın şəninə dəstək nitqi söyləyəcək. Ya da MSK nəticələri elan edib, bunlar da siyahını tərsinə oxuyaraq xoş-hal olublar. Nə bilim, adamın ağlına yüz şey gəlir. Çünki bu cür kef-damaqda olmaq üçün ya gərək ətrafa 3D eynəyi ilə baxasan, ya əsəblərin qurğuşundan olsun, ya da elə təbiətən oynağan olasan...Və ya, seçkiyə bir ay qala lider dediyin adam Moskvada”lülə qurudursa”, hər partiya ortalığa Rauf bəy demiş 10-12 nəfər çıxarırsa, böyük müxalifət birliyi deyilən qurum sıradan bir sünnət toyundakı adam sayı qədər tərəfdaş toplaya bilmirsə, yəqin onda oynamağın elə əsl vaxtıdır.

Odur ki, kefinizn bildiyi, ürəyinizin istədiyi qədər oynayın. Zatən züy tutanınız, mahnı sifariş verəniniz dəyişməyincə elə oynaya-oynaya da qalacaqsız. Şabaşsız-filansız. Və məqamkən, bir şey də soruşum: İqtidarın, YAP-ın da mitinqi olsa və çox xahiş etsək gəlib bizim üçün də oynayarsız?. “Hörmət”i-zadı öz yerində amma. Tam ciddi deyirəm. Üstəgəl oynaya-oynaya bir baxarsınız ki, vahid namizəd deyişmələri də bitib, seçki də, mövzu da.

Kim bilir, bəlkə o vaxta qədər İbrahimbəyov da əlindəki vacib montajı tamamlayıb, İlham Əliyevin inaqurasiyasına yetirə bildi özünü..."


Teqlər:





Xəbər lenti