Filippində silsilə partlayışlar - 33 yaralı

Filippində silsilə partlayışlar - 33 yaralı
  29 Dekabr 2016    Oxunub:1238
Ötən axşam Filippində silsilə partlayışlar törədilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 33 nəfər yaralanıb.

Partlayışlardan biri Leyte adasındakı İlongos şəhərində keçirilən boks matçı zamanı baş verib.

İki bombanın partlaması nəticəsində 27 nəfər xəsarət alıb. Bu şəhərdə partlamayan üçüncü bomba isə polis tərəfindən zərərsizləşdirilib.

Hadisədən 1 saat sonra Mindanao adasında avtomagistrala quraşdırılan bombanın işə düşməsi nəticəsində isə 6 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti