Ruslar üçün ilin ən önəmli hadisələri

Ruslar üçün ilin ən önəmli hadisələri
  29 Dekabr 2016    Oxunub:2210
2016-ci il ruslar üçün iqtisadi böhran ili kimi yadda qalıb.
AzVision.az xəbər verir ki, bunu “Romir” araşdırma şirkətinin apardığı sorğunun nəticələri göstərir.

Sorğuda iştirak edən hər 4 Rusiya vətəndaşından biri ilin ən önəmli hadisəsi kimi 2014-cü ildən bu günə qədər davam edən iqtisadi böhranı qeyd edib.

Sorğu iştirakçılarının 17 faizi infliyasiyaya diqqət çəkib. Buna görə də Rusiyadakı çətin iqtisadi şərtlər rusların 42 faizi tərəfindən 2016-ci ilin ən önəmli hadisəsi kimi təqdim olunub.

Yalnız 21 faiz Rusiya vətəndaşı idmançıların dopinq vasitələrindən istifadə etməsi səbəbi ilə “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etməməsini ilin önəmli hadisəsi kimi qiymətləndirib.

Hər 5 Rusiya vətəndaşından biri ölkənin Suriyadakı hərbi əməliyyatlarına diqqət çəkib.

Sorğuda qeyd edilən ilin əhəmiyyətli hadisələrindən biri də Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti