Tomas de Vall Sülh Platformasını dəstəklədi

Tomas de Vall Sülh Platformasını dəstəklədi
  29 Dekabr 2016    Oxunub:2677
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlişinin siyasətə heç bir aidiyyəti yoxdur və bu, müsbət faktordur. Düşmənçilik edən iki xalqın nümayəndələrinin istənilən dialoqunu, fikir mübadiləsini yalnız alqışlamaq olar.

AzVision.az xəbər verir ki, haqqin.az-a açıqlamasında britaniyalı politoloq, Karneqi mərkəzinin redaktoru, Dağlıq Qarabağ münaqişəsi haqqında “Qara bağ” kitabının müəllifi Tomas de Vall bildirib.

Politoloq vurğulayıb ki, ermənilər və azərbaycanlılar arasında xeyli sayda problemlərin olmasına baxmayaraq, bu xalqların kütləvi nifrətinə səbəb olmamalıdır.

De Vall vurğulayıb ki, 90-cı illərin sonunda Heydər Əliyevin prezidentliyi dövründə Bakı və İrəvan arasında QHT və jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilirdi və bu, Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühit yaradırdı. Lakin bu cür tədbirlər hər iki ölkə rəhbərliyinin iradəsi olmadan lazımı effekti vermir.

“Münaqişə tərəfləri bir birlərini nə qədər çox dinləsələr, bir o qədər də çox mümkün kriteriyaları anlayacaqlar. Bu cür dialoqlarda vəziyyətdən çıxış üçün güzəştli yollar axtarılır. Dialoq olduqca önəmlidir. Çünki gələcəkdə hərbi əməliyyatların yenidən başlaması ehtimalı olduqca yüksəkdir. Belə halda xalq diplomatiyası əhəmiyyətli sülh funksiyasını yerinə yetirir”, - deyə politoloq vurğulayıb.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti