Qara dənizdə daha iki meyit tapılıb

Qara dənizdə daha iki meyit tapılıb
  29 Dekabr 2016    Oxunub:1212
Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 2 sərnişininin meyiti aşkar edilib və beləliklə, cəsədi tapılanların ümumi sayı 19 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd olunub ki, bütün meyitlər tanınma və genetik ekspertiza üçün xüsusi reyslə Moskvaya göndərilib.

Hazırda digər şəxslərin və 3-cü "qara qutu"nun axtarışları davam etdirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti