Erməni təxribatı KTMT-nı narahat edir

Erməni təxribatı KTMT-nı narahat edir
  29 Dekabr 2016    Oxunub:2689
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirib.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, KTMT-nın baş katibi Nikolay Bordyuja Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyində Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin narahatlıqla qarşılanıdığını bəyan edib. O, qeyd edib ki, gələn məlumatlar ciddi narahatlıq doğurur.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti