Suriyada atəşkəs elan olunub

Suriyada atəşkəs elan olunub
  29 Dekabr 2016    Oxunub:1212
Suriyada hökumət və üsyançı qruplaşmalar bu gecədən etibarən bütün ölkə ərazisində atəşkəs elan olunması barədə razılığa gəliblər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşmanı Rusiya Prezidenti Vladimir Putin elan edib:

“Biz bir qədər əvvəl nəinki uzun müddət gözlədiyimiz, hətta reallaşması üçün üzərində işlədiyimiz bir xəbəri əldə etdik. Bir neçə saat əvvəl 3 sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəs barədə imzalanıb. İkinci sənəd atəşkəs rejimi üzərində nəzarətlə bağlı kompleks tədbirlər, üçüncü sənəd isə sülh danışıqlarına hazırlıqlar barədə sənəddir.”

Bununla bağlı məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq olunub. Qeyd edilir ki, tərəflər arasında danışıqlarda Türkiyə və Rusiya qarant kimi çıxış edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti