Yunanıstan səfiri itkin düşüb

Yunanıstan səfiri itkin düşüb
  30 Dekabr 2016    Oxunub:2211
Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.

"TASS"-ın yaydığı məlumata görə, səfir sonuncu dəfə həftənin bazarertəsi görünüb. Həmin vaxtdan ondan xəbər tutmaq mümkün deyil. Səfirin harada olması haqda hər hansı açıqlama verilməyib. Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

AzVision.az


Teqlər:





Xəbər lenti